0

Azərbaycanda əsas neft ehtiyatları 30 ildən sonra tükənəcək

Neft ehtiyatları tükəndikdən sonra ölkənin avtomobil yanacağını Metanol əvəzləyəcək.

Hesablamalara görə, Azərbaycanda əsas neft ehtiyatları 30 ildən sonra tükənəcək, Azərbaycanın qaz ehtiyatları isə guya tükənməz sayılır və ölkədə iri miqyaslı qaz hasilatı 100 illərlə davam edəcək.

Azərbaycanda neft ehtiyatları tükəndikdən sonra ölkənin avtomobil yanacağına olan tələbatını metanol əvəzləyəcək.

Yaxın 20 — 25 il ərzində dünyada ən çox işlədilən avtomobil yanacağı metanol olacaq. Həm ekoloji cəhətdən, həm də iqtisadi cəhətdən sərfəli oln metanola benzindən iki dəfə az vəsait xərclənir.

Göründüyü kimi neft-qaz gəlirlərinin uzunmüddətli istifadəsi sahəsində vəziyyət yaxşı deyil. Bu isə cəmiyyətə bir neçə istiqamətdə təsir edir.

Statistik rəqəmlərə görə ölkədə yoxsulluğun səviyyəsi 13,2 faizə enib. Əslində bu göstərici bir neçə dəfə rəsmi rəqəmdən yüksəkdir. Çünki bu gün xarici ölkələrə iş arxasınca gedən ən azı 1,5 milyon azərbaycanlı var. Onların ölkədə maddi vəziyyəti, həyat şəraiti yoxsulluq səviyyəsindən yüksək olsa idi, başqa ölkələrə niyə gedirdilər?

Əmək miqrantlarının Azərbaycanda qalan ailə üzvlərini də nəzərə alsaq 13,2 faizlik yoxsulluq səviyyəsi inandırıcı görünmür. Unutmayaq ki, bölgələrdə işsizlik yüksək səviyyədədir və kiçik torpaq sahələri və bir neçə mal-qarası, qoyunu olan kasıb hesab olunmur, deməli, yoxsulluğun səviyyəsi əslində daha yüksəkdir.

Bu arada qlobal böhran Azərbaycanın neft gəlirlərini aşağı saldığından büdcədən maliyyələşən təşkilatlarda əmək haqlarının artırılmasına, eyni zamanda pensiya və müavinətlərin artırılmasına imkan vermir. Aydındır ki, bu əhalinin maddi durumuna təsirsiz ötüşmür. Hökumət isə saxta rəqəmlərlə yoxsulluğun səviyyəsini sıfıra endirmək istəyir.

Neft-qaz gəlirlərinin indiki şərtlər altında bölgüsü cəmiyyətdə bərabərsizliyin azaldılması və orta təbəqənin güclənməsinə lazım ola biləcək dəstəyi verə bilməyib.Cəmiyyət isə təbəqələşib. Bir tərəfdə daha varlılar, digər tərəfdə isə yoxsullardır. Orta təbəqə isə yoxsullara daha yaxındır.

Cəmiyyəti gələcək nəsillərin karbohidrogen sərvətlərindən nə dərəcədə istifadə etmək imkanlarının olacağı narahat edir. Çünki Neft Fonduna daxil olan pullar sürətlə xərclənir. Belə getsə, gələcək nəsillərə qəpik-quruş qalacaq. Dördüncüsü, bu gəlirlərdən istifadəyə mövcud yanaşma milli iqtisadiyyatın davamlı inkişafını təmin etmir Beləliklə, ixracatın 95 faizinin neft sektorunun payına düşməsi və dövlət büdcəsinin formalaşdırılmasında neftin payının 60 faiz təşkil etməsi göstərir ki, qeyri-neft sektorunda bu vaxtadək ciddi bir inkişafa nail olunmayıb və rəqabət qabiliyyətli məhsul istehsal edən müəssisələr yaradılmayıb. Əgər belə müəssisələr yaradılmış olsaydı, ixracatda qeyri-neft sektorunun payı 5 faiz olmazdı.

Поделиться в соц. сетях

Опубликовать в Google Buzz
Опубликовать в Google Plus
Опубликовать в LiveJournal
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники

Ahlibeyt

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

* Copy This Password *

* Type Or Paste Password Here *

41 359 Spam Comments Blocked so far by Spam Free Wordpress